Milli Internet Mükafatı - Milli Net Azərbaycan İnternetinin hərəkətverici qüvvəsidir

XƏBƏRLƏR VƏ ELANLAR

16.10.2017

Milli İnternet Mükafatı – Milli Net 2017 başladı

Milli Net Təşkilat Komitəsi bildirir ki Milli İnternet Mükafatına 16 oktyabr 2017-cı il tarixdə start verilir.


İddiaçılar www.millinet.az saytında  qeydiyyatdan keçərək öz saytlarını, mobil tətbiqlərini və sosial media resurslarını təqdim edə bilərlər.
Ötən illərdə Milli Net-də qeydiyyatdan keçənlər həmin hesablarla sistemə daxil ola bilərlər.

Bu il Milli Net 2017  yarışması  saytlar, mobil tətbiqlər və sosial media resurslarından ibarət olmaqla  20 Nominasiya üzrə keçiriləcək. :

1.    Korporativ saytlar

2.    İctimai-sosial saytlar

3.    Media və İnformasiya

4.    Mədəniyyət, incəsənət və turizm saytları

5.    Ailə, uşaq və sağlamlıq

6.    Bloqlar

7.    Elm və təhsil

8.    Elektron hökumət

9.    Xidmət (Servis)

10.  Elektron Ticarət

11. Elektron hökumət mobil tətbiqi

12. Təhsil mobil tətbiqi

13. Oyun və əyləncə mobil tətbiqi

14. Elektron ticarət mobil tətbiqi

15. Elektron ödənişlər  və bank mobil tətbiqi

16. Media və informasiya mobil tətbiqi

17. Köməkçi mobil tətbiqlər (utilitlər)

18. Ən yaxşı Facebook səhifəsi

19. Ən yaxşı Youtube kanalı

20. Ən yaxşı İnstagram hesabı


Ötən ildə olduğu kimi saytların qiymətləndirmə prosesini internet istifadəçiləri deyil, üç  istiqamət üzrə ( kontent, dizayn və texnoloji ) peşəkarlardan və mütəxəssislərdən ibarət olmaqla AİF tərəfindən formalaşdırılan Münsiflər Heyəti aparacaq. 


Mobil tətbiqlər və sosial media resurslarının qiymətləndirməsini  ekspertlər aparacaq

Hazırda Münsiflər Heyətinin və ekspertlərin formalaşdırılması prosesi davam edir.
Qaydalara uyğun olaraq Münsiflərə hər hansı aidiyyəti olan saytların Müsabiqədə iştirakına yol verilmir.

Münsiflər Heyətinin verdiyi səslər Müsabiqə başa çatdıqdan sonra geniş ictimaiyyət üçün açıqlanır və www.millinet.az  saytında yerləşdirilir.

Qiymətləndrimə iki mərhələdə həyata keçirilir. Yekun səsvermədə Münsiflər hər bir sayt üzrə verdikləri qiymətləri əsaslandırırlar.
Müsabiqədə 20 Nominasiyanın hər biri üzrə qalib gələnlərə Milli Net–in tuncdan hazırlanmış xüsusi mükafatı – hörümçək toru əks olunan buta, diplomlar və qiymətli hədiyyələr təqdim olunacaq.

Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən Milli Net-in keçirilməsində məqsəd Azərbaycan İnternetinin inkişafına kömək etmək, ən yaxşı milli internet resurslarımızı üzə çıxartmaq və tanıtmaq, informasiya texnologiyalarının populyarlaşmasına dəstək vermək və Azərbaycan dilinin İnternetdə tətbiqini genişləndirməkdən ibarətdir.
Müsabiqəyə təqdim olunan saytların qeydiyyatı 20 noyabr tarixdə başa çatacaq.  Qiymətləndirmə prosesi dekabrın 15 –dək davam edəcək.

Milli İnternet Mükafatının ənənəvi yekun təqdimat mərasiminin  dekabrın sonlarında keçirilməsi nəzərdə tutulub.

Milli İnternet Mükafatına Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, BestComp ,  LENOVO və NEURON şirkətləri dəstək verir.


Geniş məlumat : www.millinet.az

Milli Net

Təşkilat Komitəsi

www.millinet.az

in