Milli Internet Mükafatı - Milli Net Azərbaycan İnternetinin hərəkətverici qüvvəsidir

XƏBƏRLƏR VƏ ELANLAR

03.12.2009

Milli Net -2009 -un qeydiyyat prosesinin və səsvermənin 1-ci mərhələsinin başa çatmasına həsr olunan mətbuat konfransı keçiriləcək.

04 dekabr 2009-cu il tarixdə  Milli Net - Milli İnternet Mükafatı Müsabiqəsinin qeydiyyat prosesinin və səsvermənin 1-ci mərhələsinin başa çatmasına həsr olunan mətbuat konfransı keçiriləcək.

Məlum olduğu kimi Milli Net _ 2009 ölkədə İnternetin inkişafına və populyarlaşmasına dəstək məqsədilə AİF tərəfindən təsis olunan peşəkar İnternet mükafatıdır.

Mətbuat Konfransında Milli Net-2009 Müsabiqəsində qeydiyyat prosesinin və səsvermənin 1-ci mərhələsinin yekunları haqqında məlumat  veriləcək. Müsabiqənin nominantları elan ediləcək.

Mətbuat konfransı 04 dekabr 2009-cu il tarixdə saat 12-də TREND İnformasiya Agentliyinin konfrans zalında keçiriləcək.
Müsabiqədə səsvermənin 2-ci mərhələsi və qaliblərin müəyyən edilməsi dekabrın 15-dək başa çatdırılacaq.
Milli İnternet Mükafatının qaliblərinin mükafatlandırılmasından ibarət yekun  Təqdimat mərasiminin dekabrın 2-ci ongünlüyündə keçirilməsi nəzərdə tutulub.

Milli Net-2009 Müsabiqəsinə Azercell, DeltaTelekom və HP şirkətləri dəstək verirlər.
Daha geniş məlumat www.millinet.az  saytında yerləşdirilib.

Ünvan: Firudin Ağayev küçəsi 14, Elmlər Akademiyası metro st.-nın arxasında
              Tel. 497 31 72

Milli Net Təşkilat Komitəsi
Tel :    492-44-44
Veb:   www.millinet.az  
E-mail: info@millinet.az

Milli Net

Təşkilat Komitəsi

www.millinet.az