Milli Internet Mükafatı - Milli Net Azərbaycan İnternetinin hərəkətverici qüvvəsidir

XƏBƏRLƏR VƏ ELANLAR

22.12.2016

Milli İnternet Mükafatı - Milli Net 2016 qaliblərinin təqdimat mərasimi keçirilib

Bu gün -22  dekabr  tarixdə Bakı Biznes Mərkəzində Milli İnternet Mükafatı - Milli Net 2016  qaliblərinin yekun təqdimat mərasimi keçirilib.


Təqdimat mərasimində artıq 8-cı il keçirilən Milli Net 2016 müsabiqəsinin cari il üçün qalibləri elan olunub.
Təqdimat mərasimində Milli Net Təşkilat Komitəsi adından AİF- in prezidenti Osman Gündüz çıxış edərək Milli İnternet Mükafatı haqqında və Müsabiqə çərçivəsində görülmüş işlər haqqında məlumat verib.
O, Milli Net 2016-da  11 Nominasiya üzrə 303  internet resurs təqdim olunduğunu və onlardan yalnız 238 saytın yarışmaya buraxıldığını bildirib. O, Azərbaycan İnternet Forumu tərəfindən 3 istiqamət üzrə peşəkarlardan ibarət olmaqla formalaşdırılan  Münsiflər Heyətinin və 5 nəfərdən ibarət mobil tətbiqlər  üzrə Münsiflərin  2-ci səsvermə prosesində 74 Nominant arasından ən yaxşılarını  seçdiyini bildirib.
Osman Gündüz Müsabiqəyə dəstək verən Rabitə və Yüksək Texnologiyalar  nazirliyi,   Delta Telekom , BestComp , Lenovo və Aromaniaya şirkətlərinə minnətdarlığını bildirib.
O, 4 ay müddətində davam edən yarışmanın uğurla başa çatdığını qeyd edərək, müsabiqənin şəffaf və ədalətli keçirilməsi istiqamətində bütün imkanlardan istifadə edildiyini diqqətə  çatdırıb.

Təqdimat mərasiminin açılışında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmisi Tahir Məmmədov çıxış edərək Azərbaycan internetinin inkişafında MilliNet yarışmasının önəmli rol oynadığını diqqətə çatdırıb. O, internetin inkişafı ilə bağlı atılan addımların RYTN tərəfindən hər zaman   dəstəkləndiyini diqqətə çatdırıb. Tahir Məmmədov  yaxın zamanlarda İKT-nin inkişafı istiqamətində RYTN tərəfindən daha ciddi addımların atılacağını da diqqətə çatdırıb.

Təqdimat mərasimində Delta Telecom  şirkətinin texniki direktoru Atəş Rzayev  çıxış edərək Milli Net müsabiqəsinin ölkədə İnternetin,  bütövlükdə İKT sahəsinin inkişafında mühüm rol oynadığını qeyd edib. O,  İKT sektorunda xüsusi çəkisi yüksək olan Delta Telecom şirkətinin  gələcəkdə də İnternetin inkişafı  istiqamətində atılan addımlara dəstək verəcəklərini bildirib.

Sonra qaliblərə, 2-ci və 3-cü yer tutanlara Mükafatların , diplomların və hədiyyələrin  təqdim edilməsinə start verilib. Mükafatların təqdim edilməsində İnternet ictimaiyyətinin nümayəndələri, İKT sahəsində fəaliyyət göstərən dövlət və özəl sektorun, təhsil müəssisələrinin nümayəndələri, Milli Net təşkilatçıları iştirak edib.
 Onlar çıxış edərək Milli Net-in  Azərbaycan İnternetinin inkişafında ciddi  rol oynadığını və Müsabiqənin davamlı olmasını arzuladıqları bildiriblər.
Təqdimat mərasimi qaliblərin birgə şəkil çəkdirməsi və furşetlə başa çatıb.

 Qaliblərin siyahısı millinet.az da  yerləşdirilib.
Təqdimat mərasimində dövlət və özəl sektorun, ictimai təşkilatların və media qurumlarının nümayəndələri, İnternet ictimaiyyətinin çoxsaylı nümayəndələri iştirak edib.

Qaliblərə və fərqlənənlərə Lenovo,  BestCom və Aromaniaya şirkətlərinin hədiyyələri təqdim olunub.
Milli İnternet Mükafatına Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Delta Telecom şirkəti dəstək verib.

Millinet2016 Yekun Təqdimat Mərasiminin Fotoalbomu

Milli Net

Təşkilat Komitəsi

www.millinet.az

in