Milli Internet Mükafatı - Milli Net Azərbaycan İnternetinin hərəkətverici qüvvəsidir

XƏBƏRLƏR VƏ ELANLAR

08.12.2016

Milli İnternet Mükafatının Nominantları seçilib

Milli İnternet Mükafatı - Milli Net 2016 müsabiqəsində səsvermənin 1-ci mərhələsi başa  çatıb.  

Bu il Müsabiqəyə 11 Nominasiya üzrə 303 sayt təqdim edilmişdi. Onlardan  yalnız Qaydalara uyğun olan 238 sayt Müsabiqəyə qəbul edilib və səsvermədə iştirak edib.

Müsabiq
əyə qəbul olunan 238 saytın qiymətləndiriıməsində 15 nəfərlik Münsiflər heyətindən 14 münsif 1-ci mərhələdə saytların qiymətləndirməsini həyata keçirib.
Mobil tətbiqlərin qiymətləndirilməsində isə sahə üzrə 4 ekspert iştirak edib.

Səsvermənin 1-ci mərhələsinin yekun nəticələri əsasında Milli Net TK -nın qərarı ilə  11 Nominasiya üzrə 238 sayt arasından ən yaxşılar olan  67 sayt və 7 mobil tətbiq  Nominant statusu alıb.

Bu saytlar 2-ci qiymətləndirmə mərhələsində mübarizəni davam etdirəcəklər. Nominantların tam siyahısı www.millinet.az da yerləşdirilib.

Səsvermənin 2-ci mərhələsi 09 dekabr tarixdə başlayacaq və  18 dekabr tarixdə başa çatacaq.  Bu mərhələdə münsiflər saytları  mövcud Meyarlar üzrə daha dərindən araşdıraraq qiymətləndirəcək və verdikləri qiymətləri əsaslandıracaqlar. 2-ci səsvermənin nəticəsindən asılı olaraq hər Nominasiya üzrə qaliblər seçiləcək.

Milli İnternet Mükafatının ənənəvi yekun  Təqdimat mərasiminin  22 dekabr tarixdə keçirilməsi nəzərdə tutulub. Təşkilat Komitəsi tərəfindən hazırda qaliblərin mükafatlandırılmasına hazırlıq işləri görülür.

Müsabiqədə 11 Nominasiyanın hər biri üzrə qalib gələnlərə Milli Net–in tuncdan hazırlanmış xüsusi mükafatı – hörümçək əks olunan buta təqdim olunacaq.
2-ci və 3-cü yerlərin qaliblərinə diplomlar təqdim olunacaq.

Qaliblərə həmçinin BestComp şirkəti və Lenovo şirkətlərinin  hədiyyələri təqdim olunacaq.


Milli İnternet Mükafatına Rabitə və Yüksək Texnologiyalar Nazirliyi dəstək verir..
Delta Telecom ,  BestComp və Lenovo şirkətləri də Milli İnternet Mükafatına dəstək verirlər.

Geniş məlumat : www.millinet.az  

Milli Net
Təşkilat Komitəsi
www.millinet.az

 

Milli Net

Təşkilat Komitəsi

www.millinet.az

in