Milli Internet Mükafatı - Milli Net Azərbaycan İnternetinin hərəkətverici qüvvəsidir

XƏBƏRLƏR VƏ ELANLAR

24.11.2009

Milli Net Təşkilat Komitəsinin məlumatı

Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən Milli Net - Milli İnternet Mükafatı uğrunda Müsabiqədə qeydiyyat prosesinin başa  çatmasına çox az bir müddət - cəmi 6 gün  qalıb. Hazırda qeydiyyat prosesi və səsvermənin 1-ci mərhələsi davam edir. Müsabiqəyə təqdim olunan saytlara şərhlər yazmaqla iştirakçılar öz münasibətlərini açıqlayırlar.

Təşkilat Komitəsi bildirir ki, Milli Net 2009 başlanandan indiyədək 1000 nəfərdən çox iştirakçı qeydiyyatdan keçmiş, 500-dən çox  sayt Müsabiqəyə təqdim edilmişdir. Onlardan 300 –dən çoxu Müsabiqəyə qəbul edilmiş , 150-dən çox  sayt isə Müsabiqənin şərtlərinə uyğun gəlmədiyinə  görə hələlik  müsabiqəyə buraxılmamışdır.
Müsabiqəyə buraxılmamağın əsas səbəbləri bu saytlarda qanunvericiliyə uyğun olmayan informasiyaların yerləşdirilməsi, müəllif hüquqlarının pozulması, Azərbaycan dili  versiyasının olmaması və müsabiqənin logosunun indiyədək saytda yerləşdirilməməsi  olub. İmtina ilə  bağlı konkret səbəblər Təşkilat Komitəsi tərəfindən bu saytlara yazılan şərhlərdə qeyd edilib və sayt sahiblərinə bu haqda məlumat verilib.

Təşkilat Komitəsi  bildirir ki, Müsabiqənin şərtlərinə görə Müsabiqədə iştirakından imtina  edilən saytlar imtina ilə  bağlı səbəbləri aradan qaldırdıqdan sonra  Müsabiqədə iştirakla  bağlı yenidən müraciət edə bilərlər. Yenidən müraciət üçün imtinanın səbəblərinin aradan qaldırılması ilə  bağlı saytı  təqdim edən tərəfindən müvafiq saytda şərhin yazılması yetərlidir. Qeydiyyat prosesi başa çatanadək yenidən müraciət etmək mümkündür.

Təşkilat Komitəsi bir daha  bildirir ki,  qeydiyyat prosesi 30 noyabr tarixdə  başa çatacaq . Səsvermə prosesinin isə 15 dekabradək yekunlaşdırılması nəzərdə tutulub.

Təşkilat Komitəsi tərəfindən hazırda qaliblərin mükafatlandırılmasına hazırlıq işləri görülür. Bu ilki Müsabiqədə yalnız hər Nominasiya üzrə 1-ci yerlərin qaliblərinə  Müsabiqənin əsas Mükafatının- tuncdan hazırlanmış, 5 kq. ağırlığında və 30 sm. hündürlüyündə hörümçək toru formasında butanın verilməsi nəzərdə tutulub. Artıq Mükafatların hazırlanması prosesi başa çatmaq üzrədir.

Milli İnternet Mükafatının yekun  Təqdimat mərasiminin dekabrın 2-ci ongünlüyündə keçirilməsi nəzərdə tutulub.

Milli Net-2009 Müsabiqəsinə Azercell, DeltaTelekom və HP şirkətləri dəstək verirlər.

Daha geniş məlumat www.millinet.az  saytında yerləşdirilib.

Milli Net
Təşkilat Komitəsi
www.millinet.az

Milli Net

Təşkilat Komitəsi

www.millinet.az

in