Milli Internet Mükafatı - Milli Net Azərbaycan İnternetinin hərəkətverici qüvvəsidir

XƏBƏRLƏR VƏ ELANLAR

11.11.2015

Milli Net 2015-də saytların qeydiyyatı 20 noyabrda başa çatacaq

Milli Net Təşkilat Komitəsi bildirir ki, noyabrın 20-də saat 00.00-da  Milli Net-də saytların qeydiyyatı başa çatacaq

İndiyədək Milli İnternet Mükafatına 14 Nominasiya üzrə  236 sayt təqdim edilib və hələlik 171 sayt Müsabiqəyə qəbul olunub.

Saytların qeydiyyat müddəti bitdikdən sonra istifadəçilər yalnız Müsabiqəyə qəbul edilən saytlara öz şərhlərini və rəylərini yazmaq üçün qeydiyyatdan keçə bilərlər.

Bu müddətədək saytlarını qeydiyyatdan keçirib təqdim edənlər, lakin müxtəlif problemlər səbəbindən Milli Net TK tərəfindən  Müsabiqəyə buraxılmayanlar  1-ci səsvermə başa çatanadək yenidən müraciət edə bilərlər.

Milli Net-ə qəbul edilən saytların 1-ci səsvermə prosesi noyabrın sonu başa çatacaq. 1-ci səsvermənin yekunu olaraq Milli Net –in Nominantları seçiləcək və  Nominantlar arasından 2-ci səsvermə nəticəsində Milli İnternet Mükafatının qalibləri müəyyən olunacaq.

Münsiflərin verdikləri qiymətlər və şərhlər yalnız Təqdimat mərasimindən sonra açıqlanacaq.

Qaliblərin mükafatlandırılması ilə bağlı yekun TƏQDİMAT mərasiminin  dekabr ayında keçirilməsi  nəzərdə tutulub.

Hazırda Təşkilat Komitəsi qaliblərin mükafatlandırılmasına hazırlıq işləri görür.

  Milli İnternet Mükafatına  RYTN , Azercell, Delta Telecom və Best Comp şirkətləri   dəstək verirlər.

Daha geniş məlumat www.millinet.az     saytında yerləşdirilib.

 
Milli Net TK

Milli Net

Təşkilat Komitəsi

www.millinet.az

in