Milli Internet Mükafatı - Milli Net Azərbaycan İnternetinin hərəkətverici qüvvəsidir

XƏBƏRLƏR VƏ ELANLAR

04.11.2009

Milli Net Təşkilat Komitəsinin açıqlaması

Milli Net Müsabiqəsinə başlanmasından  artıq 1 aydan çox müddət keçib. Ötən müddət ərzində Milli Net –in məram və məqsədinin daha geniş yayılması, İnternet ictimaiyyətinin diqqətinin bu prosesə cəlb edilməsi , sayt sahiblərinin Müsabiqədə aktiv iştirak etməsi istiqamətində xeyli iş görülüb.

Milli Net Təşkilat Komitəsinə daxil olan müraciətlər göstərir ki, Azərbaycan dili versiyası olmayan saytların  müsabiqədə iştirakına yol verilməməsi və Müsabiqə komissiyasının tərəfsiz  və  müstəqil olması istiqamətində atılan addımlar yüksək qiymətləndirilib. Eyni zamanda TK tərəfindən Qaydalara uyğun olaraq AzNet-də daha keyfiyyətli və istifadəçilərin özləri tərəfindən yaradılan saytlara önəm verilməsi İnternet ictimaiyyəti  tərəfindən anlaşıqlıqla  qarşılanıb.

Müsabiqədə iştirakçıların qeydiyyatı və təqdim olunan saytların qeydiyyat prosesinin, şərhlərin yazılması imkanlarının və yazılan şərhlərlə  bağlı sayt sahiblərinin məlumatlandırılmasının, səsvermə prosesinin tam olaraq elektron formada  gerçəkləşməsi üçün effektiv və çevik mexanizmlər yaradılıb.

Müsabiqə start veriləndən sonra ötən 1 ay müddəti ərzində 800 nəfər iştirakçı olaraq Milli Netd-də qeydiyyatdan keçmişdir. İndiyədək 365 sayt qeydiyyata təqdim olunmuş onlardan  indiyədək 229 sayt Təşkilat Komitəsi  tərəfindən Müsabiqə Qaydalarına  uyğunluğu nəzərdən keçirilərək qəbul edilmişdir.
Hələlik daha çox  sayt Əyləncə, Elm-təhsil, Fərdi saytlar və bloqlar , nominasiyaları üzrə qeydiyyatdan keçib.

İndiyədək 120 saytın Müsabiqədə iştirakı ilə bağlı müraciətindən hələlik imtina  edilmişdir. Qeydiyyatından imtina olunan saytların  böyük əksəriyyəti əyləncə saytlarıdır. Təxminən 50-dək sayt sahibi Saytlarda Qaydalara zidd olan məqamları  aradan qaldırdıqdan sonra yenidən edilən müraciətlər əsasında müsabiqəyə buraxılıb.

İmtinanın səbəbləri əsasən saytlarda Müsabiqə Qaydalarına uyğun olmayan informasiyalar yerləşdirilməsi, xüsusilə də müəllif hüquqlarını kobud surətdə pozan, zərərli və ya qeyri-qanuni informasiyaların olması, bir  sıra hallarda isə  Müsabiqənin xüsusi Laqosunun saytda yerləşdirilməməsi ilə  bağlı olub.    

Ötən müddət ərzində Təşkilat Komitəsinə 12 təklif və müraciət  daxil olub. Müraciətlər əsasən qeydiyyatdan keçən saytlarda təsvir və nominasiya hissəsində  dəyişikliklərin edilməsi ilə  bağlı olub. Təqdim olunan saytlara şərhlərin yazılması imkanların mövcud olması iştirakçılarla  Təşkilat Komitəsi arasında daha effektiv və çevik informasiya münasibətləri qurmağa imkan verib.
İndiyədək qeydiyyatdan keçən saytlara 500-dək şərh  yazılıb. Sevindirici haldır  ki, şərhlər  və müzakirələr  əsasən saytların əyər-əskiklərinin aradan qaldırılması və peşəkarlıq səviyyəsində aparılır. Şərhlərin məzmunu ilə  bağlı TK-ya yalnız  bir şikayət daxil olub və müraciət ədalətli qaydada həll olunub.

Qeydiyyat prosesi 30 noyabr tarixdə  başa çatacaq . Səsvermənin isə 15 dekabradək yekunlaşdırılması nəzərdə tutulub.
Milli İnternet Mükafatının yekun  Təqdimat mərasimi dekabrın 2-ci ongünlüyündə keçirilməsi nəzərdə tutulub

Milli Net
Təşkilat Komitəsi
millinet.az

Milli Net

Təşkilat Komitəsi

www.millinet.az

in