Milli Internet Mükafatı - Milli Net Azərbaycan İnternetinin hərəkətverici qüvvəsidir

XƏBƏRLƏR VƏ ELANLAR

23.12.2013

Sabah Milli Net 2013 qaliblərinin Təqdimat mərasimi keçiriləcək

Milli Net Təşkilat Komitəsi bildirir ki, 24 dekabr tarixdə saat 18.30-da Four Seasons Hotelində  Milli İnternet Mükafatı qaliblərinin Təqdimat mərasimi keçiriləcək.

12 Nominasiya üzrə  319 sayt arasında 4 ay müddətində davam edən yarışmanın qaliblərinə Milli Net –in əsas mükafatı təqdim olunacaq. Qaliblərə və fərqlənənlərə həmçinin qiymətli hədiyyələr və  diplomlar veriləcək.
Milli Net –in Qaydalarına uyğun olaraq Münsiflərin hər bir Nominant üzrə verdiyi qiymətlər Təqdimat mərasimindən sonra açıqlanacaq.

Təqdimat mərasiminin  İnternet  vasitəsilə  canlı yayımı nəzərdə tutulub. Təqdimat mərasimini  www.millinet.az  saytına daxil olmaqla saat18.30-dan etibarən  canlı olaraq izləmək mümkün olacaq.


Müsabiqənin Baş sponsoru Azercell şirkətidir.
RİTN və Delta Telecom şirkəti Milli İnternet Mükafatına dəstək verirlər.

Milli Net
Təşkilat Komitəsi
www.millinet.az

Milli Net

Təşkilat Komitəsi

www.millinet.az

in