Milli Internet Mükafatı - Milli Net Azərbaycan İnternetinin hərəkətverici qüvvəsidir

XƏBƏRLƏR VƏ ELANLAR

04.11.2009

Milli Net Təşkilat Komitəsinin növbəti toplantısı keçirilib.

Toplantıda   Milli Net Təşkilat Komitəsi tərəfindən müsabiqənin təşkili istiqamətində görülən işlərlə  bağlı məlumat  verilib.

Artıq  qeydiyyat müddətinin bitməsinə 1 ay müddətindən də az vaxtın qalmasına  baxmayaraq Müsabiqənin daha uğurlu  başa  çatdırılması istiqamətində görüləcək xeyli işlərin olduğu  qeyd edilib.

Xüsusilə də Qeydiyyatından imtina  edilən saytlardan olan problemlərin aradan qaldırılması istiqamətində müəyyən işlərin görülməsinin vacibliyi  qeyd edilib.

Təşkilat Komitəsinə  daxil olan Müraciətlər  və onların icrası haqqında  da məlumat verilib.

Müsabiqə Komissiyasının tam olaraq formalaşdırıldığı və fəaliyyətə  başladığı qeyd edilib. Müsabiqə Komissiyası üzvlərindən birisinin özünə aid olan saytın Müsabiqədə iştirakı səbəbi əsas gətirilməklə istefa verməsi nəzərə alınıb.

Görülmüş işlərlə  bağlı ictimaiyyətin məlumatlandırılması istiqamətində bir  sıra zəruri addımların atılmasının da  vacibliyi bildirilib.


Milli Net
Təşkilat Komitəsi
Millinet.az

 

Milli Net

Təşkilat Komitəsi

www.millinet.az

in