Milli Internet Mükafatı - Milli Net Azərbaycan İnternetinin hərəkətverici qüvvəsidir

Tez-tez verilən suallar

  • 1.Milli İnternet Mükafatı - Milli Net 2016 - da nə kimi yenilik var ?

    Milli Net 2016-da  əsas yeniliklər aşağıdakılardır :

    Milli Net 2016-da cəmi 11 Nominasiya olacaq :
    1. Korporativ saytlar
    2. İctimai-sosial saytlar
    3. Media və İnformasiya
    4. Mədəniyyət, incəsənət və turizm saytları
    5. Ailə, uşaq və sağlamlıq
    6. Bloqlar
    7. Elm və təhsil
    8. Elektron hökumət
    9. Xidmət (Servis) -eTicarət
    10. Mobil tətbiqlər
    11. Ən yaxşı sosial şəbəkə səhifəsi
    2. Milli Net Müsabiqəsini digər müsabiqələrdən fərqləndirən əsas cəhətlər nədən ibarətdir?
  • Milli Net Müsabiqəsində əsas fərqləndirici cəhətlər aşağıdakılardan ibarətdir :

    - Saytların və Layihələrin qiymətləndirilməsi ancaq Müsabiqə Komissiyası tərəfindən aparılır.

      Komissiya üzvünün hər bir sayt üzrə qiymətləndirməsi əsaslandırılır ( şərh yazılır).

      İnternet istifadəçiləri səsvermə prosesində iştirak etmirlər.

    - Müsabiqə komissiyasının üzvlərinə aidiyyatı olan resurslar Müsabiqədə iştirak edə bilməz

    - Azərbaycandilli versiyası olmayan resurslar müsabiqədə iştirak edə bilməz

    ( Azərbaycanı xaricdə tanıtmağı qarşısına məqsəd qoyan, xarici auditoriya üçün nəzərdə tutulan resurslar istisna olmaqla)

  • 3. Müsabiqə Komissiyasının üzvlərinə aidiyyatı olan resurs dedikdə nə anlaşılır?

    Müsabiqə Komissiyası üzvünün hazırladığı və ya onun dəstəyi ilə hazırlanan, Müsabiqə Komissiyası üzvünün rəhbərlik etdiyi veb-studiyanın hazırladığı resurslar Komissiya üzvünə aid olmaq kimi anlaşılır.
  • 4. Müsabiqə Komissiyasını kim müəyyən edir?

    Milli Net Müsabiqəsinin Əsasnaməsinə görə Müsabiqə Komissiyası AİF tərəfindən formalaşdırılır. Bu zaman üzvlərin 3 istiqamətin ( dizayn, proqram-texniki, informasiya) ən azı birisində peşəkarlığı əsas götürülür.
  • 5. Müsabiqənin hansı müddətdə və nə zaman keçirilməsi nəzərdə tutulub?

    Müsabiqənin hər il sentyabr ayında başlanması və dekabrın sonunda yekunlaşdırılması nəzərdə tutulur. Qeydiyyat prosesinin 20 Sentyabr - 20 noyabr müddətində, səsvermə prosesinin isə 15 dekabradək yekunlaşdırılması nəzərdə tutulur. Mükafatlandırma ilə bağlı yekun Təqdimat mərasiminin dekabrın 2-ci ongünlüyündə keçirilməsi nəzərdə tutulur.
  • 6. Qeydiyyat forması doldurularaq göndərildikdən sonra Saytın və ya layihənin müsabiqəyə buraxılmasını kim həll edir?

    Saytın və ya layihənin müsabiqəyə buraxılması Təşkilat Komitəsi tərəfindən Əsasnaməyə uyğun olaraq həyata keçirilir. Əsasnamənin tələblərinə cavab verməyən saytlar ( müəllif hüquqlarını pozan, qeyri-qanuni informasiyalar yerləşdirilən, Azərbaycan dilli versiyası olmayan, Müsabiqənin loqosunu saytda yerləşdriməyən və s.) yarışmaya buraxılmır və bu haqda iştirakçıya məlumat verilir.

    Əgər Müsabiqəyə təqdim olunan resursda qeydiyyat tələb olunan hissələr olarsa resurs sahibi bura daxil olmaq üçün Münsiflər Komissiyasına müvafiq giriş məlumatlarını verməyə borcludur .

  • 7. Səsvermə necə keçirilir? Səsvermənin gedişində Müsabiqə Komissiyasının üzvünün verdiyi səsləri digər üzvlər görə bilirlərmi?

    Bir komissiya üzvünün verdiyi səslərin digər komissiya üzvü tərəfindən görülməsinə imkan verilmir. Səsvermə prosesi hər bir komissiya üzvü tərəfindən ayrılıqda elektron formada həyata keçirilir. Hər bir Komissiya üzvünün verdiyi səs əsaslandırılır (şərh yazılır).

    Səsvermə Müsabiqə Komissiyası tərəfindən iki mərhələdə həyata keçirilir. Birinci mərhələdə səsvermə Müsabiqə Komissiyası üzvləri tərəfindən Qiymətləndirmə Meyarlarına uyğun olaraq ümumi təəssüratlar və konkret hər bir kriteriyə üzrə vəziyyətin ümumi dəyərləndirilməsi əsasında həyata keçirilir. Ən çox bal toplayan 5 sayt həmin nominasiya üzrə nominantlar siyahısına daxil edilir. Birinci mərhələdə səslərin sayı bərabər olduğu halda bərabər səs toplayanların hər birisi nominant hesab olunur. İkinci mərhələdə Müsabiqə Komissiyası üzvləri konkret kriteriyalar üzrə nominantların xüsusi bal sistemi əsasında qiymətləndirilməsini həyata keçirirlər. Ən çox bal toplayan sayt bu nominasiyanın qalibi hesab edilir. Qaliblər 3 il müddətində həmin resursu müsabiqəyə təqdim edə bilməzlər.

    Əgər Müsabiqəyə təqdim olunan resursda qeydiyyat tələb olunan hissələr olarasa resurs sahibi bura daxil olmaq üçün Münsiflər Komissiyasına müvafiq giriş məlumatlarını verməyə borcludur

  • 8. Səsvermə neçə mərhələdə keçirilir.? Offlayn müzakirə nəzərdə tutulurmu?

    Səsvermə iki mərhələdə keçirilir. Birinci mərhələnin yekununda ən çox bal toplayan 5 sayt həmin nominasiya üzrə nominantlar, onların içərisindən ən çox bal toplayan sayt bu nominasiyanın qalibi elan edilir. Qaliblərin müəyyən edilməsi məqsədilə keçirilən səsvermə prosesinin yalnız ikinci mərhələsində Müsabiqə Komissiyası üzvlərinin birgə offlayn toplantısı keçirilə bilər
  • 9. Müsabiqə Komissiyası üzvləri öz səslərinin düzgün olaraq hesablanmasına necə nəzarət edə biləcəklər ?

    Hər bir Müsabiqə Komissiyası üzvünün verdiyi səslər və bununla bağlı onun şərhləri Təqdimat Mərasimindən sonra dərhal millinet.az saytında yerləşdirilir
  • 10. Hər bir şəxs Müsabiqəyə neçə sayt təqdim edə bilər?

    Bir nəfər Müsabiqəyə istənilən sayda sayt təqdim edə bilər, bir şərtlə ki, təqdim olunan resurslar Milli Net qaydalarına uyğun olsun.
  • 11. Bir sayt bir neçə nominasiya üzrə verilə bilərmi ?

    Xeyr, Qaydalara görə bir sayt yalnız bir Nominasiya üzrə verilə bilər
  • 12. Müsabiqədə iştirak etmək üçün Müsabiqə iştirakçısından nə tələb olunur?

    Müsabiqə iştirakçısı Milli Net Qaydalarının tələblərinə əməl etməli, Milli Net bannerini öz resursunun ana səhifəsində yerləşdirməlidir. Korporativ Nominasiya üzrə təqdim olunan saytlarda Milli Net bannerinin şəklinin yerləşdirilməsi ilə bağlı müəyyən istisnalar ola bilər.Bu hal TK ilə razılaşdırılır
  • 13. Münsiflər Komissiyasının üzvü olmaq və ya ekspert olmaq üçün nə etmək lazımdır?

    Bunun üçün siz Təşkilat Komitəsinə ərizə ilə müraciət etməlisiniz
  • 14. Qeydiyyat prosesi nə üçündür və necə həyata keçirilir ?

    Siz saytınızı Müsabiqəyə təqdim etmək və ya iştirakçı kimi iştirak etmək ( yəni qeydiyyatdan keçən saytlara münasibət bildirmək-şərh yazmaq ) istəyirsinizsə onda millinet.az saytında qeydiyyatdan keçməlisiniz. Qeydiyyatdan keçmək üçün müvafiq formanı (anketi) doldurmalısınız. Formanı tam olaraq doldurub göndərdikdən sonra sizin orada qeyd etdiyiniz elektron ünvanınıza məktub daxil olacaq. Qeydiyyatınızı təsdiqləmək üçün məktubda qeyd olunan linki(keçidi) aktivləşdirməlisiniz.

    Əgər müxtəlif səbəblərdən təxminən 1 saat müddətində qeydiyyatınızın təsdiqlənməsi ilə bağlı e-mail almamısınızsa bu zaman Milli Net Təşkilat Komitəsinə müraciət etməyiniz xahiş olunur.

  • 15. Milli Net 2009/10/11- də istifadə etdiyim qeydiyyat parametrlərindən ( parol və login) bu il də istifadə edə bilərəmmi ?

    Bəli. Ötən illər qedyiyyatdan keçərkən istifadə etdiyiniz giriş məlumatları etibarlıdır və onunla sistemə daxil ola bilərsiniz. Eyni zamanda yendidən qedyiyyatdan keçə də bilərsiniz.
    Bəzən TK tərəfindən təhlükəsizliyin təmin edilməsi məqsədilə giriş məlumatlarının yenilənməsi ilə bağlı müəyyən tədbirlər görülür və bu haqda istifadəçilərə məlumat verilir.
  • 16. Öz saytımı müsabiqəyə necə təqdim edə bilərəm?

    Siz qeydiyyatdan keçdikdən sonra millinet.az saytının “Daxil ol” bölməsində qeydiyyat mailinizi və şifrinizi daxil edərək öz istifadəçi panelinizə daxil olursunuz. Burada “ Yeni resurs daxil et” menyusunu seçərək müvafiq formanı doldurmaqla saytınızı müsabiqəyə təqdim edə bilərsiniz
  • 17. Müsabiqəyə təqdim etdiyim saytın nominasiyası dəyişdirilə bilərmi?

    Bəli. Bu halda Əsasnaməyə müvafiq olaraq Təşkilat Komitıəsi Sizə saytınızın təqdim etdiyiniz nominasiyaya uyğun olamamsı və alternativ Nominasiya təklifi ilə müraciət ünvanlayacaq.
    Milli Net Qaydalarında edilmiş dəyişikliyə əsasən iddiaçıların  Nominasiya seçimində Qaydalrın tələblərinin pozulması halları olarsa Milli Net TK yekun Nominasiya seçimi ilə bağlı qərar qəbul edə bilər
  • 18. İstifadəçilər tərəfindən saytlara yazılan şərhlər silinə və ya redaktə oluna bilərmi?

    Bəli. Təşkilat Komitəsi tərəfindən müəyyən olunan moderatorlar şərhlərdə mövcud qanunvericiliyə və bu Əsasnaməyə zidd olan, etika qaydalarını pozan şərhləri silə və ya müəyyən düzəliş edə bilər. Düzəliş zamanı bu haqda şərhdə müvafiq qeyd aparılır.

    İstifadəçilər tərəfindən təhqirlərə, nalayiq ifadələrə, qaydaların pozulmasına yol verilərsə Təşkilat Komitəsinin qərarı ilə o, Müsabiqə prosesində iştirakdan kənarlaşdırıla bilər.

  • 19.Mənim saytımın qeydiyyatından imtina edilib. Mən yenidən qedyiyyatdan keçə bilərərmii?

    Bəli. Siz saytiniızın müsabiqəyə burxılmasına maneçilik törədən səbəbləri aradan qaldırdıqdan sonra yenidən müraciət edə bilərsiniz.
  • 20. Mənim daxil etdiyim və mənə məxsus olan məlumatlardan başqa məqsədlər üçün istifadə ediləcəkmi?

    Xeyr. Milli Net Təşkilat Komitəsi təminat verir ki, istifadəçilərin daxil etdiyi məlumatlar digər tərəflərə verilmir və başqa məqsədlər üçün istifadə edilmir.
  • 21.Mən saytımı qeydiyyatdan keçirərkən şəkil əvəzinə hansısa loqodan və ya emblemimdən istifadə edə bilərəmmi?

    Bəli. Siz qeydiyyat prosesində saytınızın şəkli əvəzinə özünüzə məxsus və qaydalara zidd olmayan loqolardan istifadə edə bilərsiniz.
  • 22. Mən müsabiqəyə təqdim olunan saytlara necə münasibət bildirə bilərəm?

    Siz qeydiyyatdan keçdikdən sonra müsabiqəyə buraxılan saytlara münasibət bildirə bilərsiniz. Bunun üçün öz istifadəçi panelinizə daxil olaraq Nominasiyalar menyusunu seçməklə müsabiqəyə buraxılan saytda qeyd olunan "Şərh yaz " bəndini seçmək lazımdır.Yazacağınız mətn 500 simvoldan çox olmamalıdır.İstifadəçi tərəfindən eyni bir sayta ardıcıl olaraq sərhlər yazılmasına yol verilmir.
  • 23. Mən qeydiyyatdan keçmişəm, yəni anketi dolduraraq göndərmişəm . Amma saytım təsdiq olunanlar siyahısında yoxdur.

    Müraciətlər Təşkilat Komitəsi tərəfindən və ya onun müəyyən etdiyi Moderatorlar tərəfindən baxıldıqdan sonra təsdiqlənir (Müsabiqəyə buraxılır). Güman ki, sizin müraciətiniz Təşkilat Komitəsi tərəfindən baxılma ərəfəsindədir. İstənilən halda siz müraciətinizlə bağlı Təşkilat Komitəsi tərəfindən cavab alacaqsınız. Cavablar qeydiyyat zamanı Anketin əlaqə hissəsində sizin qeyd etdiyiniz koordinatlar üzrə Sizə göndəriləcək ( və ya şərhlər vasitəsilə Sizə çatdırılacaq ). Əgər cavab müsbətdirsə Sizin saytınız Təşkilat Komitəsi tərəfindən seçdiyiniz Nominasiya üzrə iştirakçılar siyahısına salınacaq . Əgər Müsabiqəyə təqdim etdiyiniz sayt Qaydaların tələblərinə uyğun deyilsə saytınız musabiqəyə buraxılmayacaq və bu haqda sizə məlumat veriləcək.

    Siz qeyd olunan qüsurları aradan qaldırdıqdan sonra yenidən müraciət edə  bilərsiniz.

  • 24. Sayt haqda informasiyanı necə dəyişmək olar?

    Əgər saytınız müsabiqəyə hələ qəbul edilməyibsə və ya imtina edilibsə bu zaman siz istənilən dəyişikliyi edə bilərsiniz. Bunun üçün öz şəxsi panelinizdə saytınızın aşağı hissəsində yerləşən Redaktə düyməsindən istifadə edirsiniz. Əgər saytınız artıq müsabiqəyə qəbul edilibsə dəyişiklik üçün Siz Milli Net Təşkilat Komitəsinə yazılı müraciət etməlisiniz. Sayt mövcud parametrlər üzrə müzakirə edilərək müsabiqəyə qəbul olunduğundan sonradan hansısa dəyişiklik əgər məqsədəuyğun hesab olunarsa Təşkilat Komitəsi tərəfindən edilir.
  • 25. İnternet istifadəçiləri səsvermədə iştirak edirlərmi ?

    Xeyr. İnternet istifadəçiləri səsvermə prosesində iştirak etmirlər. Onlar yalniz müsabiqəyə buraxılan saytlara şərh yaza bilərlər.
  • 26. Milli Net bannerini (kodunu) saytımda yerləşdirə bilmirəm ?

    Milli Net bannerini (kodunu) saytınızda yerləşdirmək üçün öz istifadəçi panelinizdə saytınızın aşağı hissəsində yerləşən "Kod" düyməsini aktivləshdirərək Milli Net in logosunu əks etdirən müvafiq kodu saytınıza yerləshdirin.

    Əgər saytınız JavaScripti dəstəkləmirsə bu zaman "Kod" düyməsini aktiv etməklə pəncərənin aşağı hissəsində olan koddan istifadə edin. Problem yaranarsa Təşkilat Komitəsinə müraciət edin.

  • 27. Milli Net -ə informasiya dəstəyi göstərmək və ya sponsorluqla bağlı nə etmək lazımdılr ?

    Bunun üçün Siz Təşkilat Komitəsinə müraciət etməlisiniz.

Əgər Sizi maraqlandıran suallara yuxarıda cavab tapa bilmədinizsə xahiş edirik bizə yazın : award@millinet.az