Milli Internet Mükafatı - Milli Net Azərbaycan İnternetinin hərəkətverici qüvvəsidir

Mükafat haqqında

1. Milli Net - Milli İnternet Mükafatı

1.1 Milli İnternet Mükafatı Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən peşəkar internet mükafatıdır. Bu mükafat hər il sosial, mədəni, elmi, iqtisadi, hüquqi və s. sahələrdə fəaliyyət göstərən, Azərbaycan dilində tərtib olunan və fəaliyyət göstərən milli internet resurslarına və internet layihələrinə müsabiqə üsulu ilə təqdim edilir.

2. Milli İnternet Mükafatının əsas məqsədi

2.1. Azərbaycanda yaradıcılığın, peşəkar fəaliyyətin və informasiya mübadiləsinin yeni bir sahəsi olan internet sektorunun inkişafına və genişləndirilməsinə xidmət etmək;
2.2. Ən yaxşı milli internet resurslarımızın ölkəmizdə və dünyada geniş istifadəçi auditoriyasında təbliğini aparmaq;
2.3. İnformasiya texnologiyalarının populyarlaşmasına dəstək vermək
2.4. Azərbaycan dilinin İnternetdə tətbiqini genişləndirmək



Milli Net -ə dəstək və əməkdaşlıq üçün Təşkilat Komitəsi ilə əlaqə (award@millinet.az) saxlamağınız xahiş olunur