Sayt haqqında rəyiniz:

Azerbaijan Engineers Union/Azərbaycan Mühəndislər Birliyi

http://www.azengu.org


Azərbaycan Mühəndislər Birliyinin başlıca məqsədi Azərbaycanda ənənəvi və daim mütəxəssis tələb edən sahə sayılan texniki ixtisaslar üçün bu istiqamətdəki yeniliklər və mövcud strukturlar barədə məlumatlandırmaqdır.

Şərhlər

Samira Rzayeva :: istifadəçi 16.11.2017 ~ 14:58

Azərbaycan Mühəndislər Birliyi ölkəmiz üçün böyük işlər görməyə çalışır. Tələbələr və məzunlar üçün elmin və təhsilin inkişafı üçün texniki seminarlar,sənaye müəssələrinə texniki gəzintilər və s faydalı işlər təşkil etməkdədirlər. Ümüd edirəm Millinet kollektivi dəyərli mükafatını mühəndislərimizə təqdim edər və bununlada ağır mühitdə çalışan mühəndislərimiz üçün bu mükafat böyük motivasiya olacaqdır.

Ayxan Salmanov :: istifadəçi 16.11.2017 ~ 15:50

Azərbaycan Mühəndislər Birliyi 2015-ci ildə müxtəlif neft şirkətlərində çalışan Mühəndislər tərəfindən yaradılıb. Əsas məqsədimiz Azərbaycanda tələbə və mühəndislər arasında əlaqə yaratmaqdır. Bunun üçün Azərbaycan Mühəndislər Birliyi 2 il ərzində 20-dan çox texniki seminarlar,müəssələrə texniki gəzintilər təşkil etmişdir.Qarşıda gələn 1 il ərzində qarşımıza daha böyük məqsədlər qoymuşuq və onlara nail olmağa çalışacağıq.

Ayxan Salmanov :: istifadəçi 16.11.2017 ~ 15:59

Nəzərinizə çatdırım ki,Azərbaycan Mühəndislər Birliyini heç bir müəssə maliyyələşdirmir. Keçirilən tədbirlərin xərci neft şirkətində çalışan 2 gənc mühəndis tərəfindən ödənilir. Səhifə və sayt Ayxan Salmanov,Hacağa Məmmədov və Eldar Mənsimov tərəfindən idarə olunur və şəxslərdə yaranan sualları ağır iş rejiminə baxmayaraq tez bir zamanda cavablandırılır.Ümüd edirik Millinet münsiflər heyyəti bizim gördüyümüz işləri yüksək qiymətləndirərək mükafatı bizim mühəndislər birliyinə təqdim edər.

Hacaga Mammadov :: istifadəçi 18.11.2017 ~ 01:07

Azərbaycan Mühəndislər Birliyi 2 ildir yaranmasına baxmayaraq kənardan hec bir dəstək almadan bir cox, hətta deyərdim bütün rəqiblərindən təmamilə fərqli, biri birindən maraqlı və daim yeniliklərlə dolu xəbər və digər informasiyanı öz səhifələrində paylaşmaqdadır. Keçmiş illər ərzində dəfələrlə seminarlar keçirmiş, texniki gəzintilər təşkil etmiş, online jurnallar buraxmışdır. Bundan əlavə olaraq, hətta bir neçə dəfədə tələbələr arasında muxtəlif yarışmalar keçirmişdir.

Hacaga Mammadov :: istifadəçi 18.11.2017 ~ 01:16

Azərbaycan Mühəndislər Birliyinin əsas məqsədi ölkəmizdə elm və təhsilin səviyyəsini yeni mərləyə qaldırmaqdır. Növbəti illərdə tələbələr üçün daha çox imkanlar yaratmaq, onlara özlərini istənilən sahə üzrə sözün əsl mənasında işinin peşəkar və öndə gedən ekspertləri olmaqları üçün əlimizdən gələn köməyi əsirgəməyəcəyik. Millinet kollektivinin bizim gördüyümüz işləri yüksək qiymətləndirəcəyinə inanmaq ümüdü ilə sözlərimi bitirmək istəyirəm.

Emil Hasanov :: istifadəçi 18.11.2017 ~ 16:37

Azərbaycan mühəndisler birliyi dövlətimizin Neft və digər sənayələrin inkişafında böyük rol oynayan gənclərin və tələbələrin təhsil və təcrübələrini inkişaf etdirmək üçün çox böyük dəstək göstərir. Təşkil etdikləri seminarlar, texniki gəzintilər və onlayn məlumatlandırıcı tədbirləri ilə tələbələrə hərtərəfli köməklik etdikləri üçün onlara təşəkkür edirəm.

Emil Hasanov :: istifadəçi 18.11.2017 ~ 16:38

Bu növ beynəlxalq birliklərlə müqayisə olunacaq yerli bir təşkilatın olması fəxr olunasıdır və umüd edirəm Millinet kollektivi də onların əməyini dəyərləndirər.

Aysel Omarova :: istifadəçi 05.12.2017 ~ 17:43

Hörmətli Millinet,
Azərbaycan Mühəndislər Birliyi haqqında qısa məlumat verib , işlərimizdə dəstəyinizi qazanmaqdır. Belə ki , təşkilatımızın başlıca missiyası Azərbaycanda ənənəvi və daim mütəxəssis tələb edən sahə sayılan texniki ixtisaslar üçün bu istiqamətdəki yeniliklər və mövcud strukturlar barədə məlumatlandırmaqdır.Tələbələrin oxuduqları müddəti səmərəsiz işlərə və onlar üçün vaciblik təşkil etməyən təlim və seminarlarda keçirmələri əvəzinə

Aysel Omarova :: istifadəçi 05.12.2017 ~ 17:45

sırf gələcəkdə quracaqları karyeraları üçün özlərinə istiqamət seçməkdə yardım edəcək təlimlər , təcrübə proqramları və seminarlar təşkil etməyə çalışırıq. Tələbələri asudə vaxtlarında breyn ring və bu tipdə olan digər intellektual oyunlara cəlb etmək də bizim məqsədlərimizə daxildir.Azərbaycan Mühəndislər Birliyi komandasl olaraq Millinet bizim əməyimizə dəyər verib Millinet mükafatını bizə təqdim edər.Hörmətlə.

Eldar Mansimov :: istifadəçi 06.12.2017 ~ 23:15

Azərbaycan Mühəndislər Birliyi Azərbaycanda və onun sərhədləri xaricində mühəndislik sahələrində təhsil alan, məzun olan, çalışan və ümumiyyətlə Mühəndislik sahəsinə marağı olan hərbir kəsə öz dəstəyini daima əsirgəməyən və bu yolunda addımlarını yenicə atmağa çalışan gənclərə daim yeni məqsədlərə çatmaqda kömək göstərən bir birlikdir.

metanet Yusifzade :: istifadəçi 07.12.2017 ~ 00:06

Azerbaycan Mühendisler Birliyi, hem mühendisleri, hem de bu saheye marağı olan her kesi en son yenilikler ve vakansiyalarla bağlı melumatlandırır. Saytın dizaynı çox elverişlidir. Beleki, istediyin melumatı vaxt itirmeden rahat tapmaq olur. Her hansı bir sual yarandıqda ise çox operativ cavablandırılır.

Behruz Dadashzade :: istifadəçi 07.12.2017 ~ 01:37

Azerbaycan Mühendisler Birliyi Şirketi olmalıdır mence. Genclere destek olan, onların bilik ve bacarıqlarının inkişaf etdirmesine böyük kömeklik gösteren,onların işle temin olunmasında ellerinden geleni eden yegane birlikdir mence. Hem de bunları temennasız edirler. Bu gün Azerbaycan Mühendisler Birliyi rehberliyinden biri Eldar Mansimovun kömeyi ile men de "AT-Geotech" şirketinin bir işçisi oldum. Sonsuz teşekkürler... Mükemmel bir birlik ve mükemmel bir komanda

Yaqub Haciyev :: istifadəçi 08.12.2017 ~ 22:30

Yaqub Haciyev :: istifadəçi 08.12.2017 ~ 22:42

Ölkəmizdə mühəndislik sahələrində təhsil alan, işləyən və məlumat toplamaq istəyən hərkəsin faydalana biləcəyi bir informasiya portalı olan Azərbaycan Mühəndislər Birliyi işini sevərək və həvəslə görən insanların idarə etdiyi bir sayt olduğundan inkişafının daimi olacağına və uğurlarının artaraq davam edəcəyinə inanıram.

Aynur Vəliyeva :: məzmun münsifi 09.12.2017 ~ 23:14

Saytın kontenti tələblərə cavab verir, sadəcə rəqabət böyükdür.

Gunel Gadirova :: istifadəçi 11.12.2017 ~ 15:46

Mühəndislik sahəsində bütün lazımlı məlumatları bir arada və azərbaycan dilində tapmaq, zənnimcə ən effektiv olaraq azengu.org veb səhifəsində həyata keçib. Kontent daima yenilənir, kontent zəmanəyə əsasən yeni məlumatlarla doludur,iş elanları var və yenilənir. kontenti paylaşan mütəxəssislərdir, hər hansı qeyri peşəkar şəxs deil.Bir sözlə bir mühəndisi maraqlandıran bütün bölmələr bir araya toplaşıb!

Şərh yazmaq üçün xahiş edirik qeydiyyatdan keçin və hesabınıza daxil olun.

in