Milli Internet Mükafatı - Milli Net Azərbaycan İnternetinin hərəkətverici qüvvəsidir

Elm və təhsil

Examathome.com

http://examathome.com

Examathome.com saytı ilə semester imtahanlarına daha rahat hazırlaşa bilərsiniz . İqtisad universiteti tələbələrinin semestr imtahanları boyunca gündəlik 5.000-dən çox daxil olduğu sayt tələbələrə imtahanlara hazırlaşmaq üçün biletlər təqdim edir . Hər biletdə 56 lisenziya kodu yer alır. Hər lisenziya kodunu bir dəfə istifadə edə bilərsiniz . Saytda magistraturaya hazırlaşan tələbələr üçün online sınaq bölmələri və ingilis dilində söz bazanızı artırmaq üçün asan öyrənmə üsulu da mövcuddur .

Sumqayıt Dövlət Universiteti - Rəsmi Portal

http://sdu.edu.az

Sumqayıt Dövlət Universitetinin rəsmi portalı. Universitetin Daxili Elektron İdarəetmə sistemi ilə tam inteqrasiya olunub. Tamamilə sıfırdan hazırlanan Elektron kitabxana, Müəllim axtarışı, Tələbə şəbəkəsi (imtahan qiymətləri, əmrlər və s) kimi sistemləri özündə əks etdirir.

ProSpect Academy

http://prospectacademy.az/

“PRONET” şirkəti tərəfindən təsis edilmiş “ProSpect Academy”-yası ölkəmizin gənc və yeniyetmələrinə müasir biliklərin təlim və tədrisini həyata keçirir. Verdiyimiz biliklər gənc və yeniyetmələrin həyatda öz yerlərininin tutmasında, peşə seçimlərində doğru qərarların verilməsində və həyatlarının uğurlu qurulmasında böyük dəstək olacaqdır. Tədris etdiyimiz biliklər yalnız müasir texnologiyalar üzərində təşkil olunur.

Asan school

http://asanschool.az/

ASAN School-un məqsədi Azərbaycanda könüllü fəaliyyətinin təkmilləşdirilməsidən və potensial kadr təminatını həyata keçirməkdən ibarətdir.

KURSLU ONLAYN TƏLİM ŞƏBƏKƏSİ

http://kurslu.com

Kurslu onlayn təlimlərin həyat keçirilməsi məqsədi ilə Moodle sistemi əsasında qurulmuş saytdır. 2017-ci ildən etibarən saytda mühəndislik və idarəetmə ilə əlaqəli sertifikatlə təlim və kursların yerləşdirilməsi planlaşdırılır.