Milli Internet Mükafatı - Milli Net Azərbaycan İnternetinin hərəkətverici qüvvəsidir

Mədəniyyət, incəsənət və turizm saytları

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası

http://www.musicacademy.edu.az

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası yarandığı gündən etibarən tarixi fəaliyyəti (illərlə), yetişdirdiyi görkəmli şəxsiyyətlər, ilk dəfə olaraq tələbələr üçün musiqi lektoriyası - video mühazirələr, elektron not kitabxanası və onun ifaları, bugünəcən yazılmış dissertasiyaların kataloqu, istənilən formada not vərəqləri, əsərlərin janrlarla təsnifatı və həmçinin karaoke bölməsi saytda geniş əks olunub.

Azərbaycan Rəssamlarının Vahid İnformasiya Bazası

http://infosourceazgallery.az

Çağdaş zamanımızda doğma dildə Azərbaycan incəsənəti və təsviri sənəti haqqında mərkəzləşdirilmiş elekton vəsaitə olan tələbat və ehtiyac danılmazdır. Bunu nəzərə alaraq Azərbaycan Rəssamlarının Vahid İnformasiya Bazası qloballaşma dövrünün virtual məkanında milli təsviri sənət irsinin qorunması və təbliği məqsədi ilə yaradılmışdır. Azərbaycan dilində ilk e-resurs Azərbaycan təsviri sənət nümayəndələrinin bioqrafiya və sənət əsərlərinin bir mərkəzdə toplanmasını təmin edir.

jintravel.com

http://jintravel.com

jintravel.com - aviabiletlərin, turların və otellərin onlayn satışı üçün hazırlanmış qlobal bir proyektdir. Saytda ayrı ayrı ölkələrin turizm şirkətlərinin turları, yerli şirkətlərin daxili və xarici turları, ölkələr haqqında detallı turizm məlumatları, hava məlumatı, aviabiletlərin və otellərin onlayn axtarışı və sifarişi var. Sayt ingilis və Azərbaycan dillərində fəaliyyət göstərir.

eli-kerim.net

http://eli-kerim.net

Sayt Azərbaycanın Görkəmli şairi Əli Kərimin həyat və yaradıcılığına həsr olunub. Saytda şairin kitablarına, şəkillərinə, səs yazısına və ona həsr olunmuş kitablara, verilişlərə rast gəlmək mümkündür

"Travelnews.Az" - Turizm Xəbərləri Agentliyi.

https://travelnews.az/

TravelNews.Az - turizm sənayesi peşəkarları, turizm üzrə elmi araşdırmaçılar və tələbələr üçün Azərbaycanda ən aparıcı onlayn məlumat mənbəyidir. Oxucular dünya turizm sənayesinin nəbzini tutması üçün bazar araşdırması, tendensiya analizi və son xəbərlərdən başlayaraq eksklüziv müsahibələrə, videolara və turizmin özəl xüsusiyyətlərinə qədər geniş informasiya ilə təmin ediləcəklər.

in