Milli Internet Mükafatı - Milli Net Azərbaycan İnternetinin hərəkətverici qüvvəsidir

Media və İnformasiya

Texnologiya.az

http://texnologiya.az

Texnologiya.az olaraq sizə dünyada və ölkəmizdə baş verən ən son texnoloji yenilikləri operativ,sürətli və dəqiq çatdırmağı qarşımıza məqsəd qoymuşuq . Dünyanın istənilən nöqtəsində baş verən ən mühüm texnoloji yeniliklərdən ən birinci xəbər tutmaq istəyirsinizsə bizi izləməyə davam edin .

AzNews.info - Azərbaycan İnformasiya və xəbər portalı

http://aznews.info

“AZNEWS.INFO” informasiya portalı 2013-cu il fevralın 13-də Orxan Səfərlinin təşəbbüsü ilə yaradılıb. Saytın redaktoru Mircavad Fatullayevdir. AZNEWS.INFO internet qəzeti tam müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə yanaşı dünyada baş verən ən aktual xəbərlər portalda yayımlanır. Bundan basqa, internet qəzetdə müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar işıqlandırılır.

Surf.az

http://surf.az

Surf.az xəbər aqreqatorudur. Azərbaycan eləcədə dünyada baş verən ən son xəbərləri jurnalist əməyi olmadan avtomatik bazaya yığan, sosial şəbəkələrdə paylaşan və bir resurdan oxumağa imkan verən sistemdir.

Asan Radio

http://asanradio.az/

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. Məqsəd və hədəflərə söykənərək, obyektiv media təşkilatı formalaşdırmaq, xəbəri birinci mənbədən çatdırmaq və cəmiyyətin maariflənməsində aktiv iştirak etmək radionun missiyasıdır. Cəmiyyəti “ASAN xidmət”in göstərdiyi xidmətlər və yeniliklər, həyata keçirilən layihələr haqqında məlumatlandırmaq radionun fəaliyyət istiqamətlərindən biridir.

myBaku.az Online Journal

http://mybaku.az

myBaku.az internet proyekti 2015-ci ildən online nəşr kimi fəaliyyətə başlayaraq yalnız ən yeni xəbərləri, lazımlı məlumatları, İnternetdə və sosial şəbəkələrdə yer alan maraqlı infoları tərkibində cəmləşdirir. Bugünkü gündə - bu resurs müxtəlif sahələr üzrə online xəbərlər bazasına malik ən geniş Aznet məkanlarından biridir. Məqsədimiz sizlərə - maraqlı, yeni, aktual, emosional, ilhamlandırıcı və yaradıcı xəbər və məlumatlar toplusunu çatdırmaqdır.